Mübariz Əhmədoğlu: Paşinyan Ermənistan dövlətinin gücü ilə ordunun şəxsi heyətinin alt paltarının sayı arasında balansı tapmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Paşinyan Ermənistan dövlətinin gücü ilə ordunun şəxsi heyətinin alt paltarının sayı arasında balansı tapmalıdır

10:51 - 14 / 05 / 2018
 Mübariz Əhmədoğlu: Paşinyan Ermənistan dövlətinin gücü ilə ordunun şəxsi heyətinin alt paltarının sayı arasında balansı tapmalıdır

Nikol Paşinyanın dövlət quruculuğu prinsipləri tədricən bəlli olur. Paşinyan baş nazir təsdiq olunarkən proqram çıxışında Ermənistanın iqtisadiyyatı üçün 3 (kənd təsərrüfatı, İT və turizm) sahəni inkişaf etdirəcəyini bildirdi.

1news.az  xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, faktiki bunlar indiki izolyasiya vəziyyətində olan Ermənistanın iqtisadiyyatının inkişaf etdirmək üçün lazım olan elementlərdir:

"Paşinyanın Ermənistanı qonşu dövlətlərə və inteqrasiya birliklərinə açıq olmayan dövlət olacaq. Paşinyan güclü xarici iqtisadi əlaqələrə və güclü istehsala malik dövlət qurmaq istəyirsə o, digər sahələrin inkişafından danışmalı idi. Qonşulara qarşı yeni münasibət ortalığa qoymalı, o cümlədən inteqrasiya birlikləri ilə kommunikasiyaların qurulması barədə ideyalar verməli idi. N.Paşinyan bunları etmədi".

Politoloq hesab edir ki, Paşinyanın rəhbərlik edəcəyi Ermənistan yalnız militarist dövlət olacaq və hərbi məsələlər təhsil, səhiyyə digər məsələlərdən qat-qat  üstə dayanacaq: "Paşinyan indiki “dövlət -ordu”  sxemini davam etdirəcək. O, Dağlıq Qarabağa səfər edərkən Dağlıq Qarabağda ordunun problemləri barədə məlumatlı olduğunu bildirdi. Ermənistana qayıtdıqdan sonra isə Ermənistan Silahlı Qüvvələrinin baş qərargahı ilə iclas keçirib, Ermənistan ordusunun hərbçilərinin bütün zəruri əşyalarla təminatını baş qərargahın rəhbərliyinin boynuna qoydu. Bu, Ermənistan üçün güc çatmaz bir məsələdir. Çünki hakim “Respublika” partiyasının təmsilçilərindən biri, Müdafiə nazirinin o zamankı müavini Artak Zakaryan Ermənistan ordusunda hərbçilərin alt geyim və zəruri əşyalarının ailəsi tərəfindən göndərildiyi məsələsini aktuallaşdırmışdı. A.Zakaryan etiraf etdi: “Biz həm də şəxsi heyətin alt paltarla təmin edilməsi məsələsini sonadək həll etməmişik”.

Dövlətin gücü çatsaydı, bu məsələni həll edərdi. İndi N.Paşinyan baş qərargahın rəisinə şəxsi vəsaiti hesabına bu məsələni həll etdirmək istəyirsə, bu artıq qanuni və yaxud demokratik yol deyil. Baş qərargahın rəisi Movses Akopyan korrupsiya ilə məşğul olubsa o korrupsiya fəaliyyətinə görə qanun qarşısında cavab verməlidir. M.Akopyanın və Ermənistan ordusunun digər rəhbərliyinin korrupsiya ilə məşğul olması heç kəsə sirr deyil.

Amma burada çox ciddi məsələ var ki, Serj Sərkisyan bu işi görməkdən ötrü sxem qurmuşdu. Özünün Moskva ətrafındakı zavodlarının bir qismi bu sxemin tərkibinə daxil edilmişdi. Serj Sərkisyan “Ordunun büdcədənkənar maliyyələşdirilməsi” anlayışını legitimləşdirmişdi.

Ölkənin daxili iqtisadiyyatı, S.Sərkisyanın digər xarici dövlətlərlə əlaqəsi və diasporla münasibətləri məhz “dövlət-ordu”  sxemini pulla təmin etmək üçün qurulmuşdu. Serj Sərkisyan  bu sxemdə faiz üstündə oturmuşdu. Hər yerdən Ermənistan dövlətinə gələn pulların 20-25 faizi onun şəxsi bank hesablarına keçirdi. Bununla da o özünün digər siyasi məqsədlərini təmin edirdi. O cümlədən, onun maliyyə hesabına yaratdığı komandanın bu günədək S.Sərkisyanı müdafiə etməsi də kifayət qədər diqqəti çəkir.  Hələ ki, N.Paşinyanın Ermənistanda hakimiyyəti ələ aldığını demək olmaz. S.Sərkisyanın qurduğu sxem heç də axıra qədər dağılmayıb".

M.Əhmədoğlu deyib ki, əksinə, Paşinyanın yaratdığı vəziyyət Ermənistan dövlətçiliyi üçün kifayət qədər ciddi təhlükə yaradıb:

ı. N.Paşinyan mitinqləri ənənəyə çevirdi. N.Paşinyan mayın 11-də Nazirlər Kabinetinin ilk iclasını keçirdiyi anda Yerevanda artıq 4 yerdə mitinqlər keçirilirdi. Bunlardan ən təhlükəlisi Zarui Postancyanın Yerevan şəhər merinin istefası ilə bağlı tələb mitinqi idi. İstənilən anda bu mitinqlər N.Paşinyanın özünün əleyhinə çevrilə bilər, onu hakimiyyətdən ata bilər.

ıı. N.Paşinyan konseptual düşüncəsi formalaşmamış şəxsiyyətdir.  Onun birinci prezident və həm də uzun müddət ideoloji hamisi olmuş Levon Ter-Petrosyana verdiyi cavab  onun dövlətçilik şüuruna, xalq qeyrətinə malik olmadığını  göstəri,.

ııı. N.Paşinyanın şəxsiyyətindəki digər qüsurlar da onun Ermənistana yaxşı rəhbər olacağını istisna edir. Mitinq günləri ərzində onunla çiyin-çiyinə mitinqlərdə iştirak etmiş şəxslərə onun laqeydliyi qısqanclıqdan doğan məsələdir. Eləcə də bəlli olur ki, N.Paşinyanın ən böyük problemi onun “Çıxış” bloku üzrə tərəfdarlarıilə münasibətlərindədir.

N.Paşinyan militarist dövlət qurmaq sahəsində də S.Sərkisyanın yolunu davam etdirir. S.Sərkisyanın qurduğu bu dövlət Ermənistan ordusunu alt paltarla təmin edə bilməyibsə, N.Paşinyanın da qurduğu dövlət bu ordunu alt paltarla təmin edə bilməyəcək. N.Paşinyan elə dövlət qurmalıdır ki, o dövlət ordunu alt paltarla təmin edə bilsin və yaxud elə miqdarda ordu saxlamalıdır ki, o ordunu alt paltarla təmin etmək dövlətinin gücü daxilində olsun.

N.Paşinyan Ermənistan dövlətinin gücü ilə ordunun şəxsi heyətininin alt paltarla təmini arasında balansı tapmağa məhkumdur. Əks təqdirdə həm  ordu, həm də də dövlət olmayacaq.   

1news.az

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər