Məmmədyarov: Azərbaycan intensiv danışıqlara hazırdır | 1news.az | Xəbərlər
Siyasət

Məmmədyarov: Azərbaycan intensiv danışıqlara hazırdır

17:34 - 15 / 05 / 2018
Məmmədyarov: Azərbaycan intensiv danışıqlara hazırdır

Xarici işlər naziri Elmar Məmmədyarov 15 may tarixində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb.

Bu barədə 1news.az-a XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığını nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyini qeyd olunub: 

"Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub".

P.Sultanova

Paylaş:
403

Son xəbərlər

Bütün xəbərlər