Beynəlxalq Hərbi Cər­rahlar Cəmiyyətinin yubiley görüşü keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Beynəlxalq Hərbi Cər­rahlar Cəmiyyətinin yubiley görüşü keçirilib - FOTO

22:33 - 15 / 05 / 2018
Beynəlxalq Hərbi Cər­rahlar Cəmiyyətinin yubiley görüşü keçirilib - FOTO

Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı ilə beynəlxalq tibbi təş­kilatlar, nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlıq əlaqələrinin inki­şaf etdirilməsi çərçivəsində son illərdə Dünya Beynəlxalq Cərrahlar Cə­­miyyəti, Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Forumu (APIMSF) ilə sıx əlaqələr yaradılıb.

1988-ci ildə Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində təsis edilmiş APIMSF-nin əsas məqsədi döyüş əməliyyatları, terror hücum­ları, təbii fəlakətlərin nəti­cə­lərinin aradan qaldırılması zamanı cərra­hiy­yə əməliyyatlarını həyata keçirən dünyanın müxtəlif regionlarından olan peşəkar cərrahların təcrübə mübadiləsi üçün beynəlxalq platfor­manın yaradılması, araşdırmalar, görüşlər, nəşrlər vasitəsilə hərbi cər­ra­hiyyə elmi­nin təşviqinin həyata keçirilməsidir.

Bu müddət ərzində APIMSF-nin əhatə etdiyi ölkələrin coğrafiyası genişlənmiş, cəmiyyətin işində Azərbaycanın sərhədçi cərrahlarının fəal iştirakı nəticəsində 2013-cü ildə 22-ci simpozium Bakı şəhərində təşkil edilmişdir. 2015-ci ildə Tailandda keçirilmiş görüşdə DSX hərbi hospitalının rəisi, tibb elmləri doktoru, tibb xidməti polkovnik-leytenantı Kə­nan Yusifzadə Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahlar Fo­rumu­nun 2017-2019-cu illər üzrə prezidenti seçilib.

2018-ci ilin 15 may tarixində Dövlət Sərhəd Xidmətinin təşki­latçılığı ilə Bakı şəhərində Ambruaz Pare adına Beynəlxalq Hərbi Cər­rahlar Cəmiyyətinin 30-cu yubiley görüşünün və 1-ci Konqresinin açılış mərasimi keçirilib.

Açılış mərasimindən öncə konqres iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftal­moloq allim, akade­mik Zərifə xanım Əliyevanın əziz xatirələrini hörmətlə yad edib, Şə­hidlər Xiya­banında Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların mə­zarlarını ziyarət ediblər.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Preziden­tinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik El­çin Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başla­mış mərasimdə Azər­­baycan Respublikası Preziden­tinin hüquq-müha­fizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələs­gərov çıxış edərək Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əli­yevin salamlarını konqres iştirak­çılarına çatdırmış, ərazi­mizin 20%-nin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olun­ması barədə məlu­mat verib, hazırda Ermənistanın danışıqlarda qeyri-konstruktiv möv­qe göstərməsi və torpaqlarımızı hələ də işğal altında saxlaması sə­bə­bindən sülhə nail olmağın mümkün olmamasını qeyd edib. Cə­nab Fuad Ələsgərov hər­bi cərrahiyyə sa­hə­sində bey­nəlxalq əmək­daşlıq münasibət­lərinin da­ha da genişlən­di­rilməsində Bey­nəlxalq Hərbi Cər­rahlar Fo­ru­­muna uğurlar arzu­la­yıb.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xid­mə­tinin rəisi ge­ne­ral-polkovnik Elçin Qu­liyev tədbir iş­ti­rakçılarını sa­lam­lamış, Azər­bay­can Respublikası üçün hərbi cər­ra­hiy­­­yənin inkişa­fı­nın əhə­miyyətini xü­susi vurğulamış və bu istiqamətdə qar­şılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra Amerika Birləşmiş Ştatlarının Milli Hərbi-Tibbi Mərkə­zinin cərrahiyyə departamentinin professoru Mark Bouer, Ümum­dünya Cərrahiyyə Cəmiyyətinin Baş Katibi professor Kenneth Boffard, DSX Hərbi Hospitalının rəisi, Ambru­az Pare adına Beynəlxalq Hərbi Cərrah­lar Fo­rumu­nun Prezidenti tibb xidməti polkovnik-leytenantı Kənan Yu­sif­­zadə çıxış ediblər.

21 ölkədən - Azərbaycan Respublikası, Almaniya, Amerika Bir­ləş­miş Ştatları, Belarus, Böyük Britaniya, Cənubi Afrika Res­publikası, Fin­landiya, Fransa, Gürcüstan, Xorvatiya, İran, İsrail, Macarıstan, Mol­do­va, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Tür­ki­yə və Yunanıstandan 156 iştirakçının qatıldığı beynəlxalq tədbir 4 gün davam edəcək.

Konqres çərçivəsində hərbi cərrahiyyə sahəsində qabaqcıl təcrü­bə­nin mübadi­lə­si, tətbiq edilən innovasiyalar ilə tanışlıq, beynəlxalq tib­bi təşkilatlar, nüfuzlu səhiyyə ocaqları arasında əməkdaşlığın perspek­tivlərinin müzakirəsi həyata keçiriləcək.

Konqresin Fəxri qonaqları sırasında olan Amerika Birləşmiş Ştat­la­rından professor Mark Bouer, Almaniyadan doktor Michael Engel­hardt, Böyük Britaniyadan doktor Mansur Ali Khan, Cənubi Afrika Res­pub­­likasından doktor Kenneth Boffard, Rusiya Federasiyasından pro­fes­sor Pavel Brusov, Xorvatiyadan doktor Zvonimir Lovriç, Türkiyə­dən professor Çağatay Çifter beynəlxalq tədbirin moderatorları və spi­kerləri funksiyalarını yerinə yetirəcəklər.

1news.az

Paylaş:
1089

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEOBu gün, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olubBu gün, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıbBu gün, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıbBu gün, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49
Bütün xəbərlər