Dünya birjalarında neftin qiyməti
Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü il noyabrın 26-dan bu vaxtadək ilk dəfə 78 dolları keçib.
“Light” markalı xam neftin bir barrelinin qiyməti isə son 3,6 ilin maksimumuna çataraq 70,8 dollar təşkil edib.
Hazırda Londonun ICE birjasında “Brent” markalı neftin bir barreli 78,17 dollara, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir barreli isə 70,88 dollara alıcı axtarır.
1news.az
288