Həmsədrlər Ermənistan rəhbərliyi ilə iyunda görüşəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Həmsədrlər Ermənistan rəhbərliyi ilə iyunda görüşəcəklər

13:09 - 16 / 05 / 2018
Həmsədrlər Ermənistan rəhbərliyi ilə iyunda görüşəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan rəhbərliyi ilə görüşü iyun ayında baş tutacaq.

1news.az “aysor.am”a istinadla xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.

O bildirib ki, həmsədrlərin bəyanatında vurğulandığı kimi Ermənistan hakimiyyəti ilə görüşü iyun ayında keçiriləcək.

Xatırladaq ki, dünən vasitəçilər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər.

1news.az

 

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər