AŞPA Səməd Seyidov və bir sıra deputatlara qarşı sanksiya tətbiq edib | 1news.az | Xəbərlər
Siyasət

AŞPA Səməd Seyidov və bir sıra deputatlara qarşı sanksiya tətbiq edib

11:22 - 16 / 05 / 2018
AŞPA Səməd Seyidov və bir sıra deputatlara qarşı sanksiya tətbiq edib

AŞPA-nın Daimi Komitəsi Səməd Seyidov, Pedro Aqramunt, Jordi Şukl və Cezar Predə qarşı sanksiya tətbiq edib.

Bu haqda AŞPA-nın vitse-prezidenti, Ukrayna Nümayəndəliyinin üzvü, Petr Paraşenko blokunun deputatı Vladimir Aryev Facebook səhifəsində qeyd edib:

“Aqramunt və Ukraynanın sabiq məruzəçisi Şukl davranış kodeksini ciddi şəkildə pozublar. Hər ikisi səs vermə və qətnamələrə təşəbbüs hüququndan başqa, AŞPA-da qaydalarla nəzərdə tutulmuş bütün hüquqlardan məhrum olunublar. Aqramunta qarşı10 il, Şukla isə iki il müddətinə sanksiya tətbiq olunub”.

Aryev qeyd edib ki, komitə deputatları cəzalandırmaq da istəyib, lakin hüququ baxımdan onların günahları sübut olunmayıb.

Ukraynalı deputatın sözlərinə görə, Aqramunt və Şukldan başqa, Cezar Florin Preda və Səməd Seyidova qarşı da sanksiya tətbiq olunub. Onlara qarşı iki il müddətinə məhdudlaşdırıcı tədbirlər görülüb.

2017-ci ilin iyunun 30-da AŞPA-nın 158 nümayəndəsi Aqramuntun prezident vəzifəsindən  kənarlaşdırılması ilə bağlı rəsmi müraciət ediblər. Bu məsələ onu rəhbərliyi ilə Rusiya Dövlət Dumasının bəzi deputatları ilə Suriyaya səfərindən sonra qaldırılır. Baxmayaraq ki, Rusiya AŞPA-da səs vermə hüququndan məhrumdur. Oktyabrın 6-da Aqramunt istefa verir.

2018-ci ilin aprelində müstəqil araşdırma qrupu 198 səhifəlik “hesabat” hazırlayır. “Hesabat”da “Azərbaycanın korrupsiya fəaliyyətilə bağlı maraqlarından” bəhs edilir.

Hazırki deputatlarla yanaşı, hesabatda Pedro Aqramunt (İspaniya), Cezar Florin Preda (Rumıniya), Stefan Şennax (Avstriya), Səməd Seyidov (Azərbaycan) və Jord Şuklın (İspaniya) adları yer alıb.

Assambleyanın “hesabatında” deyilir ki, guya Bakı təşkilatda öz maraqları məqsədilə deputatları ələ almaq istəyib.

Aprelin 22-də AŞPA bürosu “hesabatda” adları qeyd edilən deputatıların assambleyada işini dayandırması istəyir.

Azərbaycanın AŞPA-da daimi nümayəndəsi Səməd Seyidov ittihamlara cavab olaraq bildirib ki, bu, Azərbaycana qarşı qarayaxmadır:

“Biz təşkilata qanunun aliliyi üçün gəlmişik. Lakin burada beynəlxalq hüququn yeni təfsirini görürük. Adım korrupsiyaçıların siyahısında hallanıb. Lakin araşdırma korrupsiyaya qarşı heç bir əlaqəm olmadığını göstərdi. Adımın bu cür siyahıda olmasını anlamıram. Bu, ədalətsizlikdir. Sona qədərə mübarizə aparacağıq və qələbə qazanacağıq. Bir il öncə dedim ki, bu, bizim Avropa Şurasıdır. İndi isə deyirəm ki, bu, sizin Avropa Şurasıdır. Bu cür Avropa Şurasında işləmək istəmirəm”.  

AŞPA-da Azərbaycan Nümayəndəliyinin üzvü Sevinc Fətəliyeva da hesabatla bağlı kəskin çıxış edib:

“Hesabatda məntiqi və ciddi yanaşmanın olmaması ölkəmə bəhtan atmaq, təşkilatdakı gündəmdən uzaqlaşdırmaq təəssüratı yaradır”.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Qərbdə Azərbaycana qarşı ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərən dairələr, onların nəzarətində olan təşkilatlar və media ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində daha da fəallaşır və ciddi-cəhdlə həm Azərbaycanı, həm də həmin tədbiri qaralamağa çalışırlar.

Qeyd edək ki, Azərbaycanın Qərbdə nüfuzlu təşkilat və siyasətçilərlə işləməsi uzun illərdir erməni diasporu  və onun himayədarlarını narahat edib.

Nümunə üçün, Metyu Brayzanın Azərbaycana səfir təyin edilməsi zamanı olduğu kimi, erməni lobbisi dəfələrlə ABŞ prezidentinin qərarını bloklaması məsələsində onlara qarşı araşdırma və ya sanksiyalar tətbiq olunmayıb.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
644

Son xəbərlər

XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33
Bütün xəbərlər