Elmar Məmmədyarovun yeni müavini təyin edilib

Prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilmiş Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov yeni vəzifəyə təyin edilib.
1news.az xəbər verir ki, R. Həsənov bundan sonra xarici işlər nazirinin müavini vəzifəsində çalışacaq.
Qeyd edək ki, Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir müddət əvvəl ləğv olunub. R.Həsənov daha əvvəl Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb.
Hazırda XİN rəhbərinin altı müavini var: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmməd-Quliyev, Nadir Hüseynov, Hafiz Paşayev (ADA Universitetinin rektoru) və Ramiz Həsənov.
Həsənovun təyinatı haqqında xəbəri ilk olaraq haqqin.az yayıb.
1news.az
384