Hikmət Hacıyev: Nalbandyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır

2016-cı il Vyana və Sankt-Peterburq razılaşmalarından danışan Ermənsitan XİN-nin nümayəndəsinə xatırlatmaq istərdim ki, həmin görüşlərdə intensiv danışıqlar apararaq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması razılaşdırılmışdı.
1news.az xəbər verir ki, bunu Ermənistan XİN-nin nümayəndəsini açıqlamasına cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, insidentlərin araşdırılması kimi texniki məsələlər də buna paralel olaraq aparılmalı idi:
"Reallıq bundan ibarətdir. Ermənistan XİN nümayəndəsinə sənədləri düzgün oxumağı və başa düşməyi tövsiyə edərdim.
Həm də artıq Nalbandyan dövründən qalan patefonun valını dəyişmək vaxtıdır".
1news.az
352