Binəqədi icra başçısı vəzifəsindən azad edildi

Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.
1news.az-ın verdiyi xəbərə görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama görə, Xaləddin Şahmar oğlu İsgəndərov Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Başçının səlahiyyətləri birinci müavini İlqar Süleymanova həvalə olunub.
1news.az
641