81 yaşlı qoca kişidən ağır cinayət – FOTO | 1news.az | Xəbərlər
Dünya

81 yaşlı qoca kişidən ağır cinayət – FOTO

12:30 - 17 / 05 / 2018
81 yaşlı qoca kişidən ağır cinayət – FOTO

Türkiyənin Ədirnə vilayətində dalaşdığı həyat yoldaşı Kıymet Özkanı (81) çəkiclə başına vuraraq öldürdüyü iddiasıyla saxlanılan İsmail Özkan (81) məhkəmənin qərarı ilə həbs olunub.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, peşman olduğunu bildirən İsmail Özkanın məhkəməyə aparılarkən yeriməkdə çətinlik çəkdiyi diqqətdən qaçmayıb.

Qeyd edək ki, cütlük 3 övlad və 8 nəvə sahibi idi.

İfadəsi zamanı İsmail Özkan qətlin arvadının münasibəti olmadıqları bacısıgilə getmək istədiyi üçün baş verdiyini deyib:

“Kıymet mənim ikinci arvadımdır, onunla 12 ildir rəsmi nikahla ailəliyəm. Zaman-zaman aramızda mübahisə düşərdi”.

1news.az

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər