Misir səfiri: Dinc fələstinlilərin hədəfə alınmasını kəskin şəkildə pisləyirik | 1news.az | Xəbərlər
Siyasət

Misir səfiri: Dinc fələstinlilərin hədəfə alınmasını kəskin şəkildə pisləyirik

10:40 - 18 / 05 / 2018
Misir səfiri: Dinc fələstinlilərin hədəfə alınmasını kəskin şəkildə pisləyirik

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İbrahim Adil ölkəsinin  Fələstinin mülki əhlisinin İsrail qüvvələri tərəfindən hədəfə alınmasını kəskin şəkildə pisləyir, öz qanuni və ədalətli haqlarının müdafiəsini tələb edən nümayişçilərə qarşı güc tətbiqini qətiyyətlə rədd edir.

Bu barədə 1news.az-a Misirin Azərbaycandakı səfirliyindən daxil olan açıqlamada deyilir.  

Diplomat bildirib ki, Misir höküməti Fələstin torpaqlarında  bu cür təhlükəli qarşıdurmanın mənfi nəticələri barədə xəbərdarlıq edərək, Fələstin xalqının başda paytaxtı şərqi Qüds olmaqla öz müstəqil dövlətini yaratmaq kimi qanuni haqlarını tam dəstəkləyir.

Səfir İbrahim Adil həmçinin bəyan edib ki, Misirin Səhiyyə Nazirliyi Qəzza bölgəsi üçün nəzərdə tutulan bir sıra tədbirlər görməkdədir, bunlara  humanitar yardım, qida məhsulları və tibbi vəsait,  bölgədə yerləşən xəstəxanaların təcili şəkildə dərmanlarla və  tibbi ləvazimatla təchizi  daxildir:

“Əlavə olaraq,  Rəfah sərhəd keçid məntəqəsində təqribən 90 təcili yardım maşını və yüngül xəsarət almış yaralıların daşınması üçün 5 avtobusla  təmin edilmiş böyük bir tibbi heyətin yerləşdirilməsinə də başlanılıb.

Həmçinin, xarici işlər naziri Samih Şükri Qüds problemi və regionda baş verən son hadisələrlə bağlı İstanbulda keçiriləcək növbədənkənar zirvə toplantısına qatılan Misir nümayəndə heyətinə rəhbərlərlik edəcəkdir.

P.Sultanova

 

Paylaş:
431

Son xəbərlər

Bütün xəbərlər