Qroznıda kilsəyə hücum: ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Qroznıda kilsəyə hücum: ölənlər var

20:00 - 19 / 05 / 2018
Qroznıda kilsəyə hücum: ölənlər var

Dörd döyüşçü Qroznının mərkəzində Arxanqel Mixail kilsəsindəki adamları ələ keçirməyə cəhd edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib:

“Xüsusi əməliyyat zamanı döyüşçülər məhv edilib. Bir polis əməkdaşı aldığı güllə yarasından həlak olub. Kilsədəki adamlardan biri də yaralanıb. Əldə olunmuş məlumata əsasən, döyüşçülər Qərb ölkələrindən birindən əmr alıb”.

Hazırda döyüşçülərin şəxsiyyəti müəyyənləşdirilir.

S.Xankişiyeva

 

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər