Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir | 1news.az | Xəbərlər
Dünya

Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir

17:04 - 20 / 05 / 2018
Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir

Bu gün Venesuelada növbədənkənar prezident seçkiləri keçirilir.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, prezident seçkilərində dörd namizəd mübarizə aparır.

Bu namizədlər hazırda prezident Nikolas Maduro, Proqressiv Avanqard Partiyasının lideri Enri Falkon, "Dəyişikliyə ümid" Hərəkatının nümayəndəsi Xavyer Bertuççi və Xalqın Vahid Birliyinin nümayəndəsi Reynaldo Kixadadır.

Seçkilərdə 107 min nəfər xaricdə olmaqla, 20,3 milyon Venesuela vətəndaşının səs verməsi gözlənilir.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər