Britaniya Abramoviçin vizasının müddətini uzatmaqdan imtina edib | 1news.az | Xəbərlər
Dünya

Britaniya Abramoviçin vizasının müddətini uzatmaqdan imtina edib

19:23 - 20 / 05 / 2018
Britaniya Abramoviçin vizasının müddətini uzatmaqdan imtina edib

Böyük Britaniya məşhur rusiyalı milyarder Roman Abramoviçin vizasının müddətini uzatmaqdan imtina edib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə "The Bell" nəşri rusiyalı biznesmenin yaxın ətrafına istinadən məlumat yayıb.

Həmin şəxslər "The Bell"-ə R.Abromoviçin əvvəlki vizasının müddətinin 3 həftə əvvəl başa çatdığını, ancaq ona yeni viza verilmədiyini bildiriblər.

Qəzet yazır ki, bu səbəbdən R. Abramoviç sahibi olduğu "Çelsi" klubunun "Mançestr Yunayted" klubu ilə İngiltərə Kubokunun finalındakı görüşünü izləyə bilməyib.

S.Xankişiyeva

 

 

Paylaş:
430

Son xəbərlər

Bütün xəbərlər