Daşqın Şikarov BƏƏ vəliəhdi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Daşqın Şikarov BƏƏ vəliəhdi ilə görüşüb

13:22 - 21 / 05 / 2018
Daşqın Şikarov BƏƏ  vəliəhdi ilə görüşüb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti vəzifəsini icra edən vəliəhd Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan bu ölkədə akkreditasiya olmuş səfirləri sarayına dəvət edib.

1news.az-a Azərbaycanın BƏƏ-dəki səfirliyindən verilən məlumata görə,  Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüş zamanı səfir Daşqın Şikarov Prezident İlham Əliyevin salamlarını və  Ramazan ayının başlanması ilə əlaqədar olaraq xoş diləklərini çatdırıb, Birləşmiş Ərəb Əmirlikləri xalqına uğurlar və əminamanlıq arzulayıbv.

Vəliəhd Şeyx Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevə  öz salamlarını və səmimi arzularını  çatdırmasını xahiş edib, xalqımıza sülh və firavanlıq  arzulayıb.

1news.az  

Paylaş:
747

Son xəbərlər

Bütün xəbərlər