Maduro Venesuelada prezident seçkilərində qalib gəlib
Venesuelada keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Nikolas Maduro seçicilərin 68 faizinin (5,8 milyon nəfər) etimadını qazanıb. Bununla da o bu seçkilərdə də qələbə qazanıb.
1news.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusena bildirib.
Onun sözlərinə görə, bülletenlərin 92,6 faizinin hesablanmasına əsasən Nikolas Maduro 5 823 718, Enri Falkon (müxalifətdən namizəd) 1 820 552, Havyer Bertuçi isə 925 000 səs toplayıb.
1news.az
424