Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib

12:02 - 21 / 05 / 2018
Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

1news.az-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiçi hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

1news.az

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər