Serbiya Prezidenti Milli Məclisdə olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Serbiya Prezidenti Milli Məclisdə olub - FOTO

11:58 - 22 / 05 / 2018
Serbiya Prezidenti Milli Məclisdə olub - FOTO

Serbiya R Prezidenti Aleksandr Vuçiç mayın 22-də Azərbaycan Milli Məclisində olub.

1news.az xəbər verir ki, Serbiya Prezidenti əvvəlcə Milli Məclisin iclas salonuna baxıb, parlamentin binasındakı Heydər Əliyev Xatirə Zalında olub. Burada qonağa Ümummilli Liderin həyat və fəaliyyəti, xarici ölkə rəhbərlərinin müxtəlif illərdə Azərbaycana səfərləri zamanı Heydər Əliyevlə görüşlərini əks etdirən fotoşəkillər, tarixi sənədlər, eləcə də Azərbaycan parlamentinin formalaşmasında və beynəlxalq əlaqələrinin qurulmasında Ulu Öndərin xidmətləri barədə məlumat verilib.

Serbiya Prezidenti xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Milli Məclisin sədri Oqtay Əsədov ilə Serbiya Prezidenti Aleksandr Vuçiç arasında görüş olub.

Oqtay Əsədov Aleksandr Vuçiçin vaxtilə Serbiyanın Baş naziri kimi də Milli Məclisdə olduğunu xatırladıb. Ölkələrimiz arasında əlaqələrin tarixindən danışan Milli Məclisin sədri münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini bildirib. Vurğulayıb ki, ölkələrimiz bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Oqtay Əsədov iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu söyləyib.

O, ölkələrimiz arasında imzalanmış sənədlərin ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil etdiyini bildirib.

Azərbaycan-Serbiya parlamentlərarası əlaqələrindən danışan Milli Məclisin sədri dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. O, beynəlxalq qurumlardakı əməkdaşlığın da razılıq doğurduğunu söyləyib.

Prezident Aleksandr Vuçiç Azərbaycan-Serbiya əlaqələrinin inkişafından məmnunluğunu bildirib. Ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənməsi üçün böyük potensialın olduğunu deyən Serbiya Prezidenti bu istiqamətdə lazımi addımların atıldığını diqqətə çatdırıb.

Serbiya dövlətinin başçısı qeyd edib ki, ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək. O, Serbiyanın ərazi bütövlüyü və suverenliyi məsələsində göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Vurğulayıb ki, Serbiya da hər zaman Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyəcək. Ali qonaq ölkəmizi uğurla reallaşdırdığı böyük layihələrə görə təbrik edib.

1news.az

 

Paylaş:
262

Son xəbərlər

Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldıBu gün, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətiribBu gün, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaqBu gün, 17:34Avropa Parlamentinin deputatı Şuşada olubBu gün, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edibBu gün, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıbBu gün, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaqBu gün, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilibBu gün, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılırBu gün, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edirBu gün, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşübBu gün, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıbBu gün, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilibBu gün, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!Bu gün, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaqBu gün, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilirBu gün, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilibBu gün, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblərBu gün, 13:22Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilibBu gün, 12:55ASCO-nun “yaşıl artım” çağırışlarından irəli gələn fəaliyyət prioritetləri müəyyən ediləcəkBu gün, 12:43
Bütün xəbərlər