Dünyanın ən güclü pasportu bəlli olub | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən güclü pasportu bəlli olub

14:25 - 23 / 05 / 2018
Dünyanın ən güclü pasportu bəlli olub

“Henley” indeksinə görə, 2018-ci ildə dünyanın ən güclü pasportu 189 istiqamətə vizasız giriş həyata keçirə bilən Yaponiya pasportu olub.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə,indeksə əsasən, ikinci yeri 188 istiqamətə vizasız giriş hüququna malik Sinqapur və Almaniya, üçüncü yeri isə Cənubi Koreya, Finlandiya, Fransa, İtaliya, İspaniya və İsveç paylaşıb.

Türkiyə pasportu 111 istiqamətə vizasız giriş imkanı yaradaraq, indeksin siyahısında 49-cu sırada yer alıb.

S.Xankişiyeva

Paylaş:
1620

Son xəbərlər

Bütün xəbərlər