Ər onunla mübahisə edən arvadının başını əzib, öldürdü - FOTO | 1news.az | Xəbərlər
Dünya

Ər onunla mübahisə edən arvadının başını əzib, öldürdü - FOTO

12:45 - 24 / 05 / 2018
Ər onunla mübahisə edən arvadının başını əzib, öldürdü - FOTO

İngiltərədə ər arvadını öldürüb, uşaqları görməsin deyə cəsədi xalçaya bükərək gizlədib.

1news.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, cinayəti etiraf edən ər həbs edilib.

Stiven Grainger adlı kişi daşla 30 yaşlı xanımının başını əzib. O, arvadını öldürdükdən sonra cəsədi xalçaya bükərək uşaqlarından gizlədib.

Qadının cəsədini qohumları tapıb, polisə xəbər veriblər.

Stiven cinayət törətdiyini etiraf edib. O bildirib ki, arvadını mübahisə əsnasında öldürüb.

S.Xankişiyeva

Paylaş:
359

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər