Fransanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Fransanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

12:17 - 25 / 05 / 2018
Fransanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian  27 may tarixində Azərbaycana səfər edəcək. 

Azərbaycan Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, səfər çərçivəsində xarici işlər naziri Jan-İv Lö Drianın  xarici işlər naziri Elmar Məmmədyarov və  digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Fransa xarici işlər nazirlərinin birgə mətbuat konfransı da nəzərdə tutulur.

1news.az

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər