Moskvada vandal məşhur rəsm əsərinə zərər vurub | 1news.az | Xəbərlər
Dünya

Moskvada vandal məşhur rəsm əsərinə zərər vurub

19:21 - 26 / 05 / 2018
Moskvada vandal məşhur rəsm əsərinə zərər vurub

Moskvanın Tretyakovskaya qalereyasında adı açıqlanmayan şəxs rəsm əsərinə ziyan vurub.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, cinayətkar hadisə yerində yaxalanıb.

İnsident mayın 25-də axşam saatlarında baş verib. Mühafizəçilərin çağırışı əsasında hadisə yerinə gələn polis əməkdaşları rəsmin şüşə çərçivəsini dəmir alətlə sındıraraq, kətana ciddi zərər vurmuş  şəxsi həbs edib.

Həmin şəxsə qarşı “Mədəni irs sayılan obyektlərin məhv edilməsi və ya zərər vurulması” maddəsi ilə cinayət işi açılıb.

Polis rəsmiləri hansı məşhur əsərdən sözün getdiyini açıqlamasa da, agentliyin mənbəyi vandal hücumuna məruz qalan rəsmin “İvan Qroznı oğlunu öldürür” əsəri olduğunu söyləyib.

S.Xankişiyeva

 

Paylaş:
626

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər