Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək

09:06 - 29 / 05 / 2018
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar iyul ayında Bakıya səfər edəcək.

1news.az-a Aİ-dən verilən məlumata görə, səfər iyulun əvvəlinə planlaşdırılır.

Qeyd edək ki, T.Klaar ötən həftə Gürcüstanda olub, hazırda isə Ermənistanda səfərdədir. O, İrəvanda yeni baş nazir Nikol Paşinyanla danışıqlar aparacaq.

P.Sultanova

 

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər