Bu gün Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsi başlayır | 1news.az | Xəbərlər
Siyasət

Bu gün Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsi başlayır

09:20 - 29 / 05 / 2018
Bu gün Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsi başlayır

Bu gün Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi başlayır.

1news.az  xəbər verir ki, danışıqlar Bakıda iki gün davam edəcək və sazişin siyasi hissəsini əhatə edəcək.

Danışıqlarda iştirak etmək üçün qurumun nümayəndə heyəti Bakıya gəlib.

Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar ötən ilin fevralından başlayıb.

P.Sultanova

Paylaş:
342

Son xəbərlər

Bütün xəbərlər