Gürcüstanda daş kömür şaxtasında 2 fəhlə ölüb | 1news.az | Xəbərlər
Dünya

Gürcüstanda daş kömür şaxtasında 2 fəhlə ölüb

17:36 - 02 / 06 / 2018
Gürcüstanda daş kömür şaxtasında 2 fəhlə ölüb

Gürcüstanın İmereti bölgəsində Tkibuli daş kömür şaxtasında iki nəfər ölüb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, ölənlərin meyitləri şaxtadan çıxarılaraq ekspertizaya göndərilib.

Gürcüstan Həmkarlar Birliyinin məlumatına əsasən, 2018-ci ilin birinci rübündə ölkə üzrə iş yerlərində baş vermiş bədbəxt hadisələr nəticəsində 18 nəfər ölüb. Son bir ildə şaxtalarda isə 13 fəhlə həyatını itirib.

Bu ilin aprelində Tkibuli şəhərində Mindeli adına şaxtada baş vermiş uçqun nəticəsində 6 fəhlə ölmüşdü.

S.Xankişiyeva

 

Paylaş:
740

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər