Novruz Məmmədov Fransaya səfər edəcək

Azərbaycanın baş naziri Novruz Məmmədov Fransaya səfər edəcək.
Bu barədə 1news.az-a diplomatik mənbə məlumat verib.
Səfər 11-14 iyun tarixlərində baş tutacaq. N.Məmmədovun Fransada "Bakı prosesi"nin yubiley tədbirində, Beynəlxalq Sərgilər Bürosunun (BIE) Baş Assambleyasında iştirak edəcəyi gözlənilir. Baş nazirin səfər çərçivəsində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, bu, baş nazir kimi N.Məmmədovun ilk xarici səfəri olacaq.
P.Sultanova
865