Makedoniya prezidenti ölkənin adının dəyişdirilməsinə dair müqaviləni imzalamadı | 1news.az | Xəbərlər
Dünya

Makedoniya prezidenti ölkənin adının dəyişdirilməsinə dair müqaviləni imzalamadı

11:01 - 14 / 06 / 2018
Makedoniya prezidenti ölkənin adının dəyişdirilməsinə dair müqaviləni imzalamadı

Makedoniya prezidenti Qeorqe İvanov Skopye ilə Afina arasında ölkənin adının dəyişdirilməsinə dair əldə edilmiş razılaşmanı imzalamaqdan imtina edib.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, prezident müqaviləni zərərli, əlverişsiz və qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, bu sənədlə ölkə konstitusiyası, qanunlar pozulur, dövlət qurumları məhv edilir.

“Mən siyasi təşəbbüsün leqallaşdırılmasına icazə verməyəcəyəm", - deyə dövlət başçısı xalqa müraciətində bildirib.

O, həmçinin, Avropa İttifaqı və NATO-ya daxil olmaq kimi ölkənin strateji məqsədlərinə dair spekulyasiyanı dayandırmağa çağırıb. İvanov vurğulayıb ki, onun mövqeyini hər hansı təzyiq, şantaj və təhdidlər dəyişə bilməz:

" Bu cür zərərli mətni olan müqaviləni dəstəkləmirəm və imzalamam", - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, Yunanıstan və Makedoniya arasında ad məsələsinə  görə problem illərdir ki, mövcuddur. BMT Makedoniyanı - "Keçmiş Yuqoslav Respublikası Makedoniya" kimi tanıyır.Yunanıstan ölkənin Makedoniya adlandırılmasına qarşıdır.

P.Sultanova

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər