Qriqoryanın itləri acından ölür | 1news.az | Xəbərlər
Ermənistan

Qriqoryanın itləri acından ölür

11:38 - 29 / 06 / 2018
Qriqoryanın itləri acından ölür

Heyvanların müdafiəsi qeyri-hökumət təşkilatı "Dinqo" polisə, Eçmiədzin meriyasına və digər aidiyyatlı qurumlara açıq məktub ünvanlayıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, məktubda həbsdə olan general Manvel Qriqoryanın itlərinin sahibsiz qaldığı və acından uladıqları yazılıb.

"Dinqo" təşkilatı itlərə baxmağı öz üzərinə götürməyə və yeni sahib tapmağa hazır olduğunu bildirib.

O da qeyd edilib ki, bir həftə ərzində heyvanların vəziyyəti haqqında sorğuya heç bir dövlət orqanı cavab verməyib. Qeyri-rəsmi  olaraq əldə edilmiş məlumata görə, Qriqoryanın ailəsi  itlərə qayğı göstərmkdə davam edir. Ancaq mətbuatda itlərin acından uladığı yazılıb. Yenə rəsmi məlumat yoxdur.

"Açıq məktubla müraciət etməyə məcburuq, xahiş edirik ki, itlərin vəziyyəti haqqında qısa müddət ərzində məlumat verin", deyə təşkilatdan bildiriblər.

Xatırladaq ki, Manvel Qriqoryan itlərlə yanaşı, həyətində  zooparkı olub və orada pələnglər, ayılar, ekzotik quşlar saxlanılırdı. Bu heyvanlar tələsik digər zooparka köçürülüb.

P.Sultanova

 

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər