Ərdoğan seçkilərə ayaqyalın gedən cütlüyü iqamətgahına çağırdı – FOTO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahmanmaraşın Andırın kəndində seçkilərə ayaqyalın qatılan Əminə və Mahmud Yılmaz cütlüyünü Ankaradakı iqamətgahına çağırıb.
1news.az- Hurriyet-ə istinadla xəbər verir ki, Əminə-Mahmud cütlüyü iyunun 24-də keçirilən prezident və millət vəkilləri seçkilərinə evlərindən 2 kilometr məsafədə yerləşən səsvermə məntəqəsinə ayaqyalın getmişdilər.
Onlar bunu “4 il əvvəl əhd etmişdik. Səsimizi prezidentimizə vermək üçün ayaqyalın yollara düşəcəyik demişdik, indi əhdimizi yerinə yetiririk” sözləri ilə izah ediblər. Hadisə mediada işıqlandırıldıqdan sonra Ərdoğan Mahmud Yılmaza zəng edib. Yılmaz hələ də prezidentin zənginə inana bilmədiyini deyir:
“Əvvəlcə inanmadım. Dedim, bəlkə kiminsə zarafatıdır. Sonra prezidentimizin səsini eşitdim, salamlaşdıq. Hələ də şokdayam”.
Əminə Yılmaz isə lazım gələrsə, prezidentlə görüşmək üçün də Ankaraya ayaqyalın gedə biləcəyini bildirib:
“Onu çox sevirəm. Onunla ana-oğul kimi qucaqlaşmaq istəyirəm”.
S.Xankişiyeva