Yaponiyada daşqın qurbanlarının sayı 222 nəfərə çatıb | 1news.az | Xəbərlər
Dünya

Yaponiyada daşqın qurbanlarının sayı 222 nəfərə çatıb

09:37 - 18 / 07 / 2018
Yaponiyada daşqın qurbanlarının sayı 222 nəfərə çatıb

Yaponiyada leysan yağışlardan sonra meydana gələn sel və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 222-yə çatıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, 30 nəfər hələ də itkin düşmüş hesab olunur.

Hökumət dairələri qurbanların sayının artmasını istisna etmir.

Son 2 həftə ərzində 31 prefekturada 700 torpaq sürüşməsi qeydə alınıb.

Okayama, Ehime və Xirosima prefekturalarında xilasetmə işlərinə 70 min xilasedici cəlb edilib. 6700 sakin təxliyə edilib və sığınacaqlarda yerləşdirilib.

S.Xankişiyeva

Paylaş:
628

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər