Paşinyan Ermənistanda erkən seçkilər barədə

Nikol Paşinyan may ayında Ermənistanın baş naziri seçiləndən sonra tez bir zamanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan etdi. Hətta o, seçkilərin avqust ayında baş tuta biləcəyini istisna etmirdi.
1news.az xəbər verir ki, Paşinyan “Exo Moskva” radiosuna müsahibəsində seçkilərlə bağlı dəqiq tarix açıqlamaqda çətinlik çəkib.
O, deyib ki, sentyabr ayında İrəvan meri vəzifəsinə seçkilər keçiriləcək. Parlament seçkilərinə gəlincə, bu, oktyabrda, noyabrda, dekabrda, hətta may ayında da mümkündür.
P.Sultanova
537