Rusiya MN: Ermənistana silah tədarükündə problem yoxdur | 1news.az | Xəbərlər
Ermənistan

Rusiya MN: Ermənistana silah tədarükündə problem yoxdur

12:40 - 03 / 08 / 2018
Rusiya MN: Ermənistana silah tədarükündə problem yoxdur

Rusiyanın Ermənistana silah tədarükündə problemin olması barədə məlumatlar doğru deyil.

1news.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin deyil.

O, "Kommersant" qəzetinin bu mövzuda yaydığı məlumatı təkzib edib: “Bu, düzgün informasiya deyil”.

Xatırladaq ki,  “Kommersant” qəzeti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun məhkəmə istintaqına cəlb olunması Rusiya Federasiyasının dövlət strukturlarında narazılığa səbəb olduğunu yazıb. Kreml Ermənistan rəhbərliyinin addımını bu hərbi blokun nüfuzuna vurulan ciddi zərbə kimi qiymətləndirir və indi KTMT-nin rəhbəri başqa ölkənin nümayəndəsi təyin oluna bilər.
Qəzetin yazdığına görə, Ermənistana 100 milyon dollarlıq silah verilməsi barədə razılaşma da sual altındadır.
Məqalədə deyilir: “Rusiyanın müdafiə sənayesinin iki müəssisənin yüksək vəzifəli şəxsləri bu kontraktın sual altında olduğunu bildiriblər. Bu kontraktın şərtlərinə görə, Ermənistana atıcı silahlar, mühəndis rabitəsi avadanlığı və şəxsi heyətin daşınması üçün nəqliyyat vasitələri verilməli idi. İndi bütün bu planlar havadan asılı vəziyyətdə qalıb”.

P.Sultanova

 

Paylaş:
579

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər