Suriyada məktəbə erməni əsgərin adı veriləcək
Prezident Bəşər Əsəd Suriyanın Hələb şəhərindəki məktəblərdən birinə erməni əsgər Qriqor Aşnakelyanın adının verilməsinə dair əmr imzalayıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Bəşər Əsəd və birinci xanım Əsma Əsəd həlak olmuş Suriya ordusunun erməni əsgərinin ailəsini ziyarət edib.
Daha sonra isə Hələbdəki məktəblərdən birinə onun adının verilməsinə dair qərar verib.
Qeyd edək ki, Suriyada müharibə başlayana qədər orada 70 minə yaxın erməni yaşayıb. Onlar əsasən, Hələb, Homs, Hasak, Rakka, Qesab, Latakiya, paytaxt Dəməşq şəhərlərində məskunlaşıblar.
P.Sultanova
415