Meksikada təxminən 2 ton kokain müsadirə edilib | 1news.az | Xəbərlər
Dünya

Meksikada təxminən 2 ton kokain müsadirə edilib

12:07 - 11 / 08 / 2018
Meksikada təxminən 2 ton kokain müsadirə edilib

Meksika hərbi dəniz donanması ölkə sahillərində təxminən iki tona yaxın kokainin müsadirə edilməsi haqqında məlumat yayıb.

1news.az RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Meksikada hərbi dəniz donanması narkobiznes ilə mübarizə üzrə keçirdiyi xüsusi əməliyyat nəticəsində 1,9 ton kokain keçirməyə cəhd edən qayığı saxlayıb.

Bildirilir ki, qayığı hərbi dəniz qüvvələrinə məxsus olan təyyarə sayəsində saxlamaq mümkün olub. Saxlanılan Ekvador vətəndaşı kokaini 75 kisədə qablaşdırıbmış.

Paylaş:
619

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər