Ailəsi ilə Antalyaya istirahətə gedən azərbaycanlı uşaq boğuldu | 1news.az | Xəbərlər
Dünya

Ailəsi ilə Antalyaya istirahətə gedən azərbaycanlı uşaq boğuldu

17:34 - 13 / 08 / 2018
Ailəsi ilə Antalyaya istirahətə gedən azərbaycanlı uşaq boğuldu

Ötən gün Antalyanın Manavgat bölgəsində ailəsi ilə birgə istirahətə gəlmiş azərbaycanlı uşaq, 10 yaşlı Ayxan Zamanov hotelin hovuzunda boğularaq ölüb.

1news.az-ın Hürriyet-ə istinadən verdiyi xəbərə görə, ailə dünən yerli vaxtla saat 14:00 radələrində beş ulduzlu hoteldə yerləşib.

Ailəsi otaqda istirahət edən zaman Ayxan Zamanov yerli vaxtla saat 17:00 radələrində üzmək üçün hovuza girib.

Bir qədər hovuzda üzən uşaq çırpınmağa başlayarkən, ətrafdakı insanlar tərəfindən sudan çıxarılıb.

Hotel əməkdaşlarının ilk tibbi yardımından sonra hadisə barədə təcili tibbi yardıma xəbər verilib. 

Bildirilir ki, Serik Dövlət Xəstəxanasına aparılan yeniyetmə yolda keçinib. 

Uşağın bədəni ekspertiza üçün Antalyaya göndərilib.

1news.az

Paylaş:
1376

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər