Gecə klubunun mühafizəçiləri ölkə çempionunu qətlə yetirdilər – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Gecə klubunun mühafizəçiləri ölkə çempionunu qətlə yetirdilər – VİDEO

17:21 - 14 / 08 / 2018
Gecə klubunun mühafizəçiləri ölkə çempionunu qətlə yetirdilər – VİDEO

Qarışıq döyüş növləri üzrə Özbəkistan çempionu, Asiya oyunlarının sərbəst güləş üzrə iştirakçısı Cəmşid Kenjayev öldürülüb.

1news.az-ın Yenicag.az-a istinadən verdiyi xəbərə görə, o, Daşkənddə "Aurum 898" gecə klubunun mühafizəçiləri tərəfindən qətlə yetirilib. Müşahidə kamerası tərəfindən qeydə alınan və qanlı hadisəni əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb. Videoda 25 yaşlı idmançının öncə klubun mühafizəçilərilə salamlaşdığı və daha sonra içəri daxil olmağa çalışdığı görünür. Tərəflər arasında mübahisə də məhz bu zaman baş verir. Cəmşidin kluba daxil olmasına imkan verməyən mühafizəçilər onu təpikləyir, stulla qəddarcasına döyürlər.

Özbəkistan Baş prokurorluğunun məlumatına əsasən, mühafizəçilərdən biri gənc idmançını elə özünün bıçağıyla yaralayıb. Zərbə ölümcül olub, Kenjayev xəstəxanada keçinib.

Verilən məlumata görə, idmançı mətbəx bıçağıyla kluba daxil olmağa çalışıb. İnsident zamanı o,iki mühafizəçini ağır yaralayıb. Bu zaman digər bir mühafizəçi bıçağı Cəmşidin əlindən alaraq ona sinə nahiyəsindən bir neçə zərbə endirib. Bundan sonra yerdə yaralı vəziyyətdə uzanan Kenjayev təpiklənib.

Gənc idmançının ehtimal edilən qatiliylə bərabər 4 mühafizəçi saxlanılıb.

1news.az

Paylaş:
1470

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər