Baba onunla bayramlaşmadığı üçün nəvəsini öldürdü
Qurban bayramında nəvəsi tərəfindən təbrik edilməyən 80 yaşlı kişi odlu silahla onu qətlə yetirib.
Hadisə Türkiyənin Bolu -Göynük bölgəsində yaşanıb. 80 yaşlı Məmməd Biçeri qurban kəsimi zamanı mübahisə etdiyi 24 yaşlı nəvəsi Məsud Biçərə qəzəblənib. Səbəb isə nəvəsinin bayram günü onu təbrik edib əlini öpməməsi olub. Yaşlı kişi bayram namazından sonra həyətin ortasında toplaşan insanlardan və baş qarışıqlığından istifadə edərək otaqdan odlu silahını götürüb.
80 yaşlı kişi ov tüfəngilə əvvəlcə nəvəsi Məsud Biçeri vurub, onun öldüyündən əmin olduqdan sonra silahla öz başına atəş açaraq intihar edib.
Faktla bağlı cinayət işi açılıb. İlkin məlumatlara görə, 80 yaşlı qocanın psixoloji problemləri olub. Ölməzdən öncə isə ailəsinə bu sözləri deyib:
“Mən bu ailənin böyüyü, ağsaqqalıyam. Siz necə ola bilər ki, məni Qurban bayramına çağırmazsız, təbrik etməzsiz? Nəvələrim məni sayıb, əlimi belə öpmür. Sizdə böyüyə heç hörmət qalmayıb”.
S.Xankişiyeva