Lukaşenko Xaçaturov barədə: Vaxtında bizi dinləmədilər
Belarus prezidenti Aleksandr Lukaşenko vaxtilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna namizəd təklif etdiyini, amma yekunda digər üzvləri tərəfindən Yuri Xaçaturovun lehinə rədd edildiyini bildirib.
1news.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
"Bir vaxtında digər namizəd təklif etdik, onda bizi dinləmədilər. Bu gün isə zaman gəlib və hər kəs etiraf edir: Lukaşenko bu məsələnin müzakirəsi zamanı haqlı idi”, deyə prezident müsahibəsində bildirib.
Onun sözlərinə görə, Xaçaturovla bağlı məsələ 22 avqust tarixində Soçidə Belarus və Rusiya liderlərinin görüşü zamanı da müzakirə edilib:
"Biz bu problemi daha dərindən araşdırdıq ... KTMT-də bizim birgə hərəkətlərimizi və KTMT-də bu gün mövcud olan problemləri, təşkilat üzvlərinin məsuliyyət daşıdığına dair hərəkətləri müzakirə etdik".
Xatırladaq ki, iyulun 26-da Ermənistanın xüsusi istintaq xidməti 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı KTMT baş katibi Yuri Xaçaturova qarşı ittihamlar irəli sürüb.
P.Sultanova