Tacikistan qırıcıları Əfqanıstan əyalətinə zərbə endirib | 1news.az | Xəbərlər
Dünya

Tacikistan qırıcıları Əfqanıstan əyalətinə zərbə endirib

12:22 - 27 / 08 / 2018
Tacikistan qırıcıları Əfqanıstan əyalətinə zərbə endirib

Tacikistanın Hərbi Hava Qüvvələri avqustun 27-nə keçən gecə Əfqanıstanın şimal-şərqində yerləşən Tahar əyalətinin Darkad rayonuna zərbə endirib.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, hava zərbələri avqustun 26-da yerli narkotik ticarətçiləri ilə Tacikistan sərhədçiləri arasında baş verən toqquşmadan sonra endirilib. Atışma nəticəsində iki sərhədçinin həlak olduğu bildirilir.

Tacikistan hökuməti hələlik hadisə ilə bağlı rəsmi məlumat verməyib.

S.Xankişiyeva

 

Paylaş:
683

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər