Prezident zənglərinə cavab verməyən səfiri işdən qovdu
Prezident telefon zənglərinə cavab verməyən səfiri və səfirlik işçilərini işdən qovdu.
1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, buna səbəb səfirin onun telefon zənglərinə cavab verməməsi olub. Maytripala Sirisena səfirliyin Vyanadakı ofisinə saatlarla zəng etsə də, dəstəyi götürən olmayıb.
Bu hadisədən sonra o, səfirlə birlikdə 6 işçini vəzifəsindən kənarlaşdırıb. Prezident bunun digər səfirliklərə "dərs olacağı"na ümid etdiyini deyib.
1news.az
865