Sərxoş həkim əməliyyatdan sonra xəstəni zorladı
Rusiyanın İjevsk şəhər xəstəxanasında 53 yaşlı LOR həkimi 32 yaşlı xəstəsini zorlayıb.
1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 19-da xəstənin badamcıq vəzilərində aparılan əməliyyatdan bir gün sonra baş verib.
Sərxoş olan həkim kabinetinə girən qadına onunla birlikdə spirtli içki qəbul etməyi təklif edib. Rədd cavabı alanda isə qadının üzərinə atılaraq onu zorlayıb.
Qadın əməliyyatdan yeni çıxdığı üçün “manyak” həkimə müqavimət göstərə bilməyib.
Həkim ondan baş verən hadisə barədə heç kimə danışmaması barədə xəbərdarlıq etsə də, palataya girən kimi qadın polisə şikayət edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1news.az
752