Vanetsyan, Xaçatryan və Kalaşyan səsyazısına görə dindirilib | 1news.az | Xəbərlər
Ermənistan

Vanetsyan, Xaçatryan və Kalaşyan səsyazısına görə dindirilib

11:40 - 27 / 09 / 2018
Vanetsyan, Xaçatryan və Kalaşyan səsyazısına görə dindirilib

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan, Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və sabiq prezident Robert Koçaryanın işi üzrə hakim Vaçe Kalaşyan mətbuatda yayılmış telefon danışığının səsyazısına görə  dindiriliblər.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu İstintaq xidməti rəhbərinin müşaviri Sona Truzyan deyib. Hər üç şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsinə dair açılmış cinayət işi üzrə sorğu-sual edilib. Bundan əlavə hər hansı məlumat verilmir.

Qeyd edək ki,  Vanetsyan və Xaçatryanın gizli səs yazısında birinci ona hakim Kalaşyanın zəng etdiyini və həyacan içində olduğunu deyib. Kalaşyan isə Vanetsyana zəng etmədiyini və onunla tanış olmadığını bildirib.

Xatırladaq ki, Milli Təhlükəsizlik və İstintaq xidmətlərinin rəhbərləri telefon danışığı zamanı Robert Koçaryan, keçmiş müdafiə naziri Mikael Arutyunyan və KTMT-nin baş katibi Yuri Xaçaturova qarşı cinayət işini müzakirə ediblər.

P.Sultanova

Paylaş:
551

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər