2019-cu il ərzində Bakı Limanında konteyner və təkərli texnikanın aşırılmasında rekord göstəricilər qeydə alınıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

2019-cu il ərzində Bakı Limanında konteyner və təkərli texnikanın aşırılmasında rekord göstəricilər qeydə alınıb – FOTO

15:25 - 27 / 01 / 2020
2019-cu il ərzində Bakı Limanında konteyner və təkərli texnikanın aşırılmasında rekord göstəricilər qeydə alınıb – FOTO

2019-cu il ərzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də (Bakı Limanı) yükaşırmanın həcmi 2018-ci ilə (3787,8 min ton) nisbətdə 7,2% artaraq 4061.6 min ton olub. Ümumi yükaşırmanın əsas hissəsi, yəni 84,8%-i (3 444.2 min ton) ənənəvi olaraq tranzit yüklərin payına düşüb.

Qeyd edək ki, 2019-cu ildə Bakı Limanında konteynerlərin və təkərli nəqliyyat vasitələrinin aşırılmasında son 28 ilin ən yüksək göstəricisi qeydə alınıb. Belə ki, qeyd olunan dövrdə 35 152 TEU konteyner aşırılıb ki, bu da öz növbəsində keçən illə müqayisədə 53,6% artım deməkdir (2018-ci ildə isə bu rəqəm 22 887 TEU təşkil edib). Çin Xalq Respublikasından gələn konteynerlərin sayı 111% artaraq 5369 TEU olub (2018-ci ildə 2547 TEU olmuşdur). Qeyd olunan dövr ərzində, “TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (Orta Dəhliz) çərçivəsində konteyner yüklərinin daşınmasında ciddi artımın səbəbi 2019-cu ilin aprel ayından konteyner daşıyan 2 ədəd, “Türkestan” və “Beket Ata” gəmilərinin Qazaxıstan-Azərbaycan marşrutu üzrə işləməyə başlamasıdır.

TIR-lar da daxil olmaqla, təkərli texnikanın aşırılmasında 2018-ci ilə nisbətən 57,3% artım qeydə alınıb və 33 671 təkərli texnika aşırılıb. Bunlardan 24 970 ədədi (74,2%) Bakı-Türkmənbaşı-Bakı, 8701 ədədi isə (25,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib. Təkərli texnikanın nəzərə çarpacaq dərəcədə artımı əsasən Türkiyə, Ukrayna və Türkmənistan TIR-larının marşrut üzrə istifadə intensivliyinin artımı ilə bağlıdır. 

2019-cu ildə Bərə terminalında vaqon aşırılması 2018-ci ilə nisbətən 2,7% artaraq 44 175 ədədə çatıb (keçən il bu say 42 999 ədəd olub). Bunlardan 20 331 vaqon (46,0%) Bakı-Kurık-Bakı istiqamətində, 23 802 (53.9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 42 vaqon  (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.

2019-cu ildə Bakı Limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 46 265 nəfər olub.

Reklam hüququnda

 

Paylaş:
1545

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər