“Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, Siz daim xalqın yanındasınız” – Vətəndaş məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, Siz daim xalqın yanındasınız” – Vətəndaş məktubları

16:31 - 11 / 06 / 2020
“Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, Siz daim xalqın yanındasınız” – Vətəndaş məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Anar İsmayılovdan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Mən orta yaşlı nəslin nümayəndəsiyəm. Uzun illərdir dünyada və ölkəmizdə gedən prosesləri dərindən izləyir, təhlil edirəm. Böyük dövlətlər demokratiya adı altında iqtisadi və siyasi maraqları naminə kiçik dövlətlərə təzyiq göstərir, onları iqtisadi cəhətdən asılı salır, problemlərə ikili standartla yanaşırlar. Azərbaycan cəmi 10 milyon əhalisi olan kiçik ölkə olsa da, böyük dövlətlərin siyasi oyunları, bəzi beynəlxalq təşkilatların qeyri-obyektiv münasibət göstərməsinə baxmayaraq, güclü, qətiyyətli Prezidenti, xalqını sevən güclü Lideri və xalq tərəfindən sevilən ölkə başçısı var.

İyunun 3-də cəbhəyanı regionlara səfəriniz məndə qürur hissi oyatdı və bu qənaətə gəldim ki, yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin Sizin rəhbərliyinizlə həll olunacağı gün uzaqda deyil. Ağcabədi rayonunda açılışında iştirak etdiyiniz “ASAN həyat” mərkəzinin, Aşağı Avşar kəndi ərazisində inşa edilən 110 /35/10 kilovoltluq yarımstansiyanın, Ağcabədi şəhərində su və kanalizasiya sisteminin istifadəyə verilməsi böyük investisiya tutumlu layihələrdir. Bütün bunlara görə Sizə təşəkkür edirəm. Ulu Tanrı Sizi qorusun”.

Səxavət Məcnunovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyünüz işlər, apardığınız daxili və xarici siyasət, habelə ölkədaxili genişmiqyaslı islahatlar cəmiyyət tərəfindən minnətdarlıqla qarşılanır.

Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin apardığınız tədbirlərin nəticəsində ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar ölkə əhalisi tərəfindən müsbət qarşılanır və layiqincə yerinə yetirilir. Görülən bütün bu işlər Sizin tərəfinizdən vətəndaşlara göstərilən diqqət və qayğıdan irəli gəlir. Bir hərbçi olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə tezliklə torpaqlarımız düşmən tapdağından azad olacaq və dünyanı cənginə alan bu bəladan da tezliklə qurtulacağıq.

Sizin sayənizdə Böyük Vətən müharibəsi iştirakçılarının ailələrinə verilən birdəfəlik müavinətə görə Sizə təşəkkürümüzü bildiririk. Ölkə vətəndaşlarının sağlamlığını, rifahını, ölkəmizin güclü iqtisadiyyata, ordumuzun dövlətlər arasında nüfuzlu yerə yüksəlməsində gördüyünüz işlərə görə Xəzər rayonunun sakinləri, Müharibə, Əmək Və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Biz həmişə Sizinləyik”.

Baxışova Humay, Kərimov Tural və Nəcəfli Kamal, Mingəçevir, Azərbaycan

“Hörmətli cənab Prezident.

Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq “Azərbaycan” İstilik Elektrik Stansiyasında aparılan yenidənqurma işləri uğurla davam etdirilir. Sizin rəhbərliyinizlə ölkəmizdə energetika sənayesi sürətlə inkişaf edərək, yeni mərhələyə qədəm qoyub. Azərbaycan enerjini ixrac edən ölkəyə çevrilib. Dövlətimizin davamlı inkişafının göstəricisi olaraq görülən işlər biz gəncləri sevindirir və qürurlandırır.

Cənab Prezident, Mingəçevir gəncləri gördüyünüz misilsiz işləri bütünlüklə dəstəkləyirlər. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirir, uğurla irəlilədiyiniz yolda yeni müvəffəqiyyətlər arzulayırıq. Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, işlərinizdə nailiyyətlər diləyirik”.

Yavər Şükürovdan, Sabirabad, Azərbaycan

“Azərbaycan xalqının sevimli Prezidenti, cənab Ali Baş Komandan.

Bu ağır dövrdə Sizin vaxtında atdığınız addımlar, xalqın sağlamlığının qorunmasına yönəlmiş siyasət sayəsində koronavirus bəlasının caynağından tezliklə xilas olacağımıza böyük inam bəsləyirik. Hər bir işinizə görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımızı bildirirəm.

Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, Siz daim xalqın yanındasınız. Bəzi şəxslər özlərini xalqa canıyanan kimi göstərməyə çalışsalar da, əslində xalqımız onlardan heç vaxt bir xeyir görməyib. Sizi ona görə çox istəyirik ki, sözünüzlə əməliniz vəhdət təşkil edir. Fəaliyyətiniz əhalinin qayğı ilə əhatə olunmasında öz əksini tapır.

Allah Sizi və ailənizi, bütün yaxınlarınızı qorusun. Biz Sizinlə fəxr edirik və hər zaman yanınızdayıq”.

Mövzu ilə əlaqədar oxuyun:

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
547

Son xəbərlər

Bütün xəbərlər