“Azərbaycanda baş verən köklü dəyişikliklər məhz Sizin adınızla bağlıdır” – Minnətdarlıq məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Azərbaycanda baş verən köklü dəyişikliklər məhz Sizin adınızla bağlıdır” – Minnətdarlıq məktubları

16:48 - 12 / 06 / 2020
“Azərbaycanda baş verən köklü dəyişikliklər məhz Sizin adınızla bağlıdır” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

İlkin Bəşirovdan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Siz ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri Azərbaycan daim inkişaf edir. Son zamanlar bütün dünyanı bürümüş COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin qətiyyətiniz ölkəmizi böyük ziyanlardan qorudu.

Cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində bu gün gəncliyimiz ölkəmiz Azərbaycan kimi azaddır, müstəqildir və xoşbəxtdir. Gördüyünüz bütün bu işlərə, eləcə də apardığınız uzaqgörən siyasətə görə Ağcabədi gəncləri adından Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun”.

Səbinə Abbasovadan, Ağcabədi, Azərbaycan

Möhtərəm cənab Prezident.

Dünyada böyük bəlaya çevrilən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində tərəfinizdən vaxtında görülən tədbirlər məni çox sevindirir. Görülən işlər, əhaliyə göstərilən diqqət və qayğı ölkə sakinlər tərəfindən də rəğbətlə qarşılanır. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Bizə dəstəyiniz məni çox qürurlandırır. Ümid edirəm ki, bu pandemiya tezliklə başa çatar, insanlar əvvəlki yaşayış tərzinə qayıdarlar.

Bu çətin zamanda xalqla birlikdə olduğunuza görə Sizə təşəkkür edir, sonsuz minnətdarlığımı bildirirəm”.

Fərhad Dünyamalıyevdən, Astara, Azərbaycan

“Hörmətli cənab Prezident.

Yürütdüyünüz xarici və daxili siyasəti, xüsusilə son dövrlər aparılan genişmiqyaslı islahatları dəstəkləyirəm. Azərbaycanda baş verən köklü dəyişikliklər məhz Sizin adınızla bağlıdır.

Bu genişmiqyaslı islahatlara görə Sizə minnətdarlığımı bildirirəm. Siz iqtisadiyyatdan əldə olunan gəlirləri əhalinin sosial müdafiəsinə, rifahının gücləndirilməsinə yönəldirsiniz. Bu da xalqın rifahının Sizin üçün hər şeydən önəmli olduğunu göstərir.

Kiçik sahibkarlıqla məşğul olan şəxs kimi uzaqgörən siyasətinizə, sahibkarlar üçün yaratdığınız etibarlı mühitə görə bir daha Sizə təşəkkür edir, bu məsuliyyətli və şərəfli işinizdə yeni müvəffəqiyyətlər arzulayıram”.

Sənan Mustafayevdən, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

İnsanlığa təhlükə olan koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə Sizin uzaqgörən siyasətiniz, vaxtında verdiyiniz qərarlar nəticəsində ölkəmiz bu gün pandemiyadan ən az zərər çəkən dövlətlərdən biridir.

Mən məktəbliyəm. Operativ Qərargahın tələblərinə riayət edir, bütün qaydaları dəstəkləyirəm.

Sizin müdrik idarəçiliyiniz sayənizdə ölkəmizdə bu bəlaya qarşı səmərəli tədbirlər görülür, xalqın rifahı naminə mühüm addımlar atılır.

Görülən işlərə görə bir daha Sizə təşəkkür edir, münasibətimin hüdudsuz olduğunu bildirirəm”.

Zöhrə Əhmədovadan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən səmimi qəlbdən yazdığım məktubumla dövlətimizin idarə edilməsində yürütdüyünüz müdrik siyasətə, daim xalqımızın rifahını düşündüyünüzə görə Sizə təşəkkür etmək istəyirəm.

Mən kollec tələbəsi idim. Yaradılan şərait nəticəsində universitetə imtahansız qəbul olundum. Gələcəkdə rahat yaşayışımı təmin edəcək sənətə sahib olacağıma görə Sizə minnətdaram, cənab Prezident.

Allahdan Sizə möhkəm cansağlığı, uzun, mənalı ömür diləyirəm”.

Elçin Cavadovdan, Gəncə, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Prezident seçildiyiniz vaxtdan bu günədək Azərbaycan bütün sahələrdə, uğurlarla zəngin yolla irəliləyir. Bu gün ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsi Sizin nəhəng dövlətlər arasında böyük nüfuza sahib olmağınızdan xəbər verir. Dövlətimizi beynəlxalq arenada tanıtmaq, söz sahibi etmək olduqca böyük zəhmət tələb edir. Bütün xalqımız kimi, gəncəlilər də Sizin bu böyük zəhmətinizi hər zaman yüksək qiymətləndirir, Sizinlə qürur duyur.

Cənab Prezident, biz Sizin apardığınız daxili və xarici siyasətinizi daim dəstəkləyirik. Bunun səbəbi Sizin Azərbaycan xalqının xoşbəxt, firavan yaşaması, həmçinin sağlamlığının qorunması üçün yorulmadan çalışmağınızdır. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətiniz Azərbaycanın daha gözəl və qüdrətli olmasına, insanlarımızın xoşbəxt yaşamasına xidmət edir.

Sizin xalqa xidmətiniz həm indiki, həm də gələcək nəsillər üçün nümunədir. Biz Sizinlə qürur duyuruq. Əminik ki, xalqımız Sizin bu əziyyətinizi heç zaman unutmayacaq. Şəxsən öz adımdan, ailəmizin və bütün gəncəlilərin adından Sizə təşəkkür edirəm. Bütün xalqımız, bütün gəncəlilər Sizi sevir, Sizi dəstəkləyir. Biz Sizinləyik. Sizin zərgər dəqiqliyi ilə apardığınız daxili və xarici siyasətinizin daha böyük uğurlar gətirəcəyinə inanırıq, bu yolda Ulu Tanrıdan Sizə kömək diləyirik. Allah Sizi qorusun”.

Mövzu ilə əlaqədar oxuyun:

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

 

 

 

 

 

Paylaş:
1081

Son xəbərlər

Bütün xəbərlər