“Xalqımız Sizin işlərinizin dəyərini çox gözəl bilir və hər zaman Sizi dəstəkləyir” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Xalqımız Sizin işlərinizin dəyərini çox gözəl bilir və hər zaman Sizi dəstəkləyir” – Prezidentə yazırlar

09:47 - 12 / 06 / 2020
“Xalqımız Sizin işlərinizin dəyərini çox gözəl bilir və hər zaman Sizi dəstəkləyir” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

Əli Bədəlovdan, Ağcabədi, Azərbaycan

“Cənab Prezident.

Həmişə olduğu kimi, Sizin iyunun 3-də Ağcabədiyə səfəriniz də biz sakinlərə böyük sevinc və fərəh hissi bəxş etdi. Biz - qarabağlılar xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizi ürəkdən sevir və Sizinlə qürur duyuruq.

Rayonumuzun davamlı sosial iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir. Bu baxımdan kəndarası yolların çəkilişi və Sarıcalı kəndində müasir məktəb binasının inşası məqsədilə ayırdığınız vəsait minlərlə insanın böyük sevincinə səbəb oldu.

Möhtərəm cənab Prezident, dünya ölkələrinin iqtisadi çətinliklə qarşılaşdığı indiki dövrdə xalqımıza göstərdiyiniz maddi və mənəvi dəstəyə görə bir ziyalı kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Xalqımızın və dövlətimizin daha xoş gələcəyi naminə Sizə uzun ömür, cansağlığı arzu edirik. Tanrı Sizi qorusun”.

Vüqar Quliyev və Cavanşir Əfəndiyevdən, Siyəzən, Azərbaycan

“Hörmətli cənab Prezident.

Xaricdən maliyyələşən bəzi insanlar son zamanlar sosial şəbəkələrdə və bəzi saytlarda dövlətimizə qarşı qarayaxma kampaniyasına başlayıblar. Qeyd edim ki, bir vətəndaş olaraq bu, bizi narahat edir və bu məktub vasitəsilə Sizə dəstəyimizi bildiririk. Sizin fəaliyyətinizi çox böyük maraqla və qürurla izləyirik. Sizin düzgün siyasətiniz nəticəsində biz pandemiya dövründə bir çox ölkələr kimi, tənəzzülə uğramadıq. Siz işsizlərə, pensiyaçılara, əlillərə, veteranlara və sahibkarlara kömək göstərdiniz. Sizin göstərişlərinizə uyğun olaraq, banklar vətəndaşlara kreditlərin ödənilməsində möhlət verdi. Bunların hamısı ölkə əhalisinin rifahı, yaxşı yaşaması üçündür və biz bunları yüksək qiymətləndiririk.

Möhtərəm Prezident, ataların bir məsəli var: “Balığı at dəryaya, balıq bilməsə də, xaliq biləcək”. Xalqımız Sizin işlərinizin dəyərini çox gözəl bilir və hər zaman Sizi dəstəkləyir”.

Dadaşov Məhəbbət,  Kərimov Ramil, İsmayılova Tamara, Hüseynova Elmira, Salyan, Azərbaycan

“Hörmətli cənab Prezident.

Son illərdə ölkəmizdə həyata keçirilən tədbirlər sırasında uşaqlara və məktəblilərə göstərilən yüksək qayğı böyük rəğbətlə qarşılanır. Dövlət səviyyəsində görülən belə tədbirlərin nəticəsidir ki, məktəblər əsaslı şəkildə yenidən qurulur, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilir. Sizin tapşırığınıza əsasən Salyan rayon A.Əliyev adına Aşağı Kürkəndi kəndində 360 şagird yerlik üçmərtəbəli tam orta məktəb üçün yeni möhtəşəm bina tikilməkdədir. Müasir səviyyədə inşa olunan məktəbdə sinif otaqları ilə yanaşı, laboratoriyalar, kompüter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalları, yeməkxana da nəzərdə tutulub.

Təhsillə bağlı strategiyanın həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Fondun təhsil sahəsində ən böyük və irimiqyaslı təşəbbüsü olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın şagirdlərə qayğısı və diqqəti bütün kollektivlər və məktəb şagirdləri tərəfindən sevinclə qarşılanır.

Eyni zamanda, qeyd etmək istəyirik ki, hazırda Aşağı Kürkəndi kəndində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də işlər gedir. Kəndləri birləşdirən avtomobil yolları asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Kənddə köhnə qaz xətləri yeniləri ilə əvəz edilib.

Cənab Prezident, biz kənd sakinləri olaraq Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Tanrı Sizi və ailənizi qorusun”.

Röya Əsgərovdan, Lənkəran, Azərbaycan

“Hörmətli cənab Prezident.

Mən Qazaxıstan Respublikasının Atırau bölgəsinin Tengiz vilayətində “TCO-Tengizchevroil” şirkətinə məxsus fırmalarda işləyən azərbaycanlılar adından müraciət edərək, bizə göstərilən diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm.

Sizin diqqət və qayğınız daim xalqımızın üzərində olub. Koronavirus pandemiyasının dünyanın əksər ölkələrinə geniş yayıldığı bir vaxtda Qazaxıstanda yaşayan və ya işləyən azərbaycanlılar hər an dövlətimizin qayğısını hiss etdilər. Diaspor təşkilatları vasitəsilə mütəmadi olaraq hamı barədə məlumat toplanır, lazım olan yardımlar edilirdi.

Tengiz vilayətindən ölkəmizə təxliyə edildiyimizə, karantin dövründə Atletlər kəndində yaradılan şəraitə, yüksək xidmət səviyyəsinə görə Qazaxıstanda olan bütün azərbaycanlı əməkdaşlarımız adından Sizə dərin təşəkkürümüzü bildiririk. Biz - gənc mühəndislər Sizin siyasətinizi dəstəkləyir və çiçəklənən Azərbaycanın gələcəyini yalnız Sizinlə görürük.

Sizə cansağlığı, daim xalqımızın yanında olmağı arzu edirik”.

Eldəniz Qənbərovdan, Ağcabədi, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ağcabədi rayonunun Mingəçevir-Stansiya, Mingəçevir-Bəhramtəpə (109 km)-Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun, eləcə də Sarıcalı kəndində yeni ümumtəhsil məktəbinin tikintisi ilə əlaqədar tədbirlər haqqında imzaladığınız sərəncamlar biz - ağcabədililərin ürəyincədir və bizi çox sevindirir. Qədirbilən Azərbaycan xalqı Sizin ölkəmizin dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi yolunda göstərdiyiniz misilsiz xidmətləri çox yüksək dəyərləndirir. Sizin apardığınız müdrik daxili və xarici siyasət nəticəsində üçrəngli bayrağımız hər zaman yüksəklərdə əzmlə dalğalanır. Azərbaycanımızı istəməyən qüvvələr isə həmişə müdrik Heydər Əliyev siyasi kursu qarşısında çıxılmaz, gücsüz vəziyyətə düşürlər.

Azərbaycan xalqı üçün gördüyünüz bu müdrik işlərinizi ürəkdən bəyənir, alqışlayır və bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizinlə fəxr edir və qürur duyuruq. Uca Tanrı həmişə köməyiniz olsun və Sizi qorusun, cənab Prezident!”

Əliyev Dövlət, Əskərov Vasif, Hüseynov Hüseynağa, Əliyev Cəlal və Əsgərov Vaqif, Cəlilabad, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Ölkəmizdə sahibkarlığın və kənd təsərrüfatının inkişafına göstərdiyiniz qayğı nəticəsində güzəranımız ildən-ilə yaxşılaşır.

Yaşadığımız Alar kəndinin sakinləri digər sahələrlə yanaşı, kartofçuluqla da məşğuldurlar. İstehsal etdiyimiz məhsulu əsasən Rusiyaya ixrac edirik. Bu il pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, həm sahələrin suvarılmasında, həm də məhsulun satılmasında heç bir problemlə üzləşməmişik. Buna səbəb Sizin diqqət və qayğınızdır. Vaxtında bol suyun verilməsi sayəsində bol faraş məhsul yetişdirdik və Rusiya maşınlarının ölkəmizə buraxılması ilə məhsulumuzu xarici bazara çıxarıb sata bildik. Həm məhsulumuz itkiyə getmədi, həm də güzəranımız yaxşılaşır.

Həmçinin qeyd etmək istəyirik ki, koronavirus pandemiyası dövründə sahibkarlara göstərdiyiniz dəstək sayəsində əziyyətimiz hədər getmədi.

Bütün bunlara görə kəndimizin bütün əhalisi adından Sizə minnətdarlığımızı bildiririk. Allah Sizi xalqımıza çox görməsin”.

Natiq Qasımzadədən, Kürdəmir, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bütün dünyanın virusla mübarizə apardığı və əksər ölkələrin ağır vəziyyətlə üzləşdiyi bir vaxtda Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən sosial layihələr, xəstəliklə mübarizədə vəziyyətə uyğun addımların atılması və bu kimi digər işlər alqışalayiqdir. Vətəni, dövləti, xalqı, dövlətçiliyi üstün tutan hər bir Azərbaycan vətəndaşı kimi, mən də bu işlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Qeyd etdiyiniz kimi, hər gün Sizə yüzlərlə təşəkkür məktubu gəlir, Ermənistan rəhbərliyi isə lənətlə dolu çağırışlar eşidir. Yol göstərənə “Sağ ol!”, yol azdırana da “Lənət olsun!” deyərlər. Bədnam ölkənin rəhbərliyi lənətə layiqdir. Sizə isə bu sözlər yaraşır: “Təşəkkür edirəm, cənab Prezident!”.

Əli Əsədullayev və Hüseynağa Yusifovdan, Astara, Azərbaycan

“Hörmətli cənab Prezident.

Astara rayonunun Ərçivan qəsəbəsinin küçələrinin asfaltlanması ilə əlaqədar olaraq Sizə dərin minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Sizin respublikamıza rəhbərliyiniz dövründə Azərbaycanın hər bir guşəsində abadlıq işləri görülüb, kənd və qəsəbələrdə infrastruktur yaxşılaşdırılıb, insanlar firavan həyata qədəm qoyublar. Bizim qəsəbənin sakinləri də əvvəllər bir sıra məsələlərdə əziyyət çəkirdilər. İndi isə rahat yollara, etibarlı və dayanıqlı kommunal xidmətlərə malikik. Bu işləri yüksək qiymətləndirmək, göstərilən qayğıya və köməyə görə Sizə “Çox sağ olun!” demək bizim vətəndaşlıq borcumuzdur.

Əziz Prezidentimiz, Sizin ölkə vətəndaşlarına qayğıkeş münasibətiniz, doğma yurda məhəbbətiniz sayəsində Azərbaycanın daha da inkişaf edəcəyinə, insanların daha yaxşı yaşayacağına inanırıq. Qoy, bizi xoşbəxt gələcəyə bağlayan bu inam heç vaxt sarsılmasın!”

Sərxan Lətifovdan, Şəki, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bu məktubu Sizə yazmağı özümə borc bilirəm. Pandemiya dövründə xalqımızı qorumaq üçün gördüyünüz qabaqlayıcı tədbirlərə, göstərilən maddi və mənəvi köməyə, xəstə insanlara edilən yardımlara görə Sizə minnətdaram.

Karantin rejimini pozan insanlara qarşı polis əməkdaşları tərəfindən görülən tədbirlər bir neçə gündür mətbuatın əsas mövzularından birinə çevrilib və sosial şəbəkələrdə də geniş müzakirə olunur. Bəzi insanlar qanunlara, tələblərə əməl etmək əvəzinə, xəstəliyə inanıb-inanmamağı müzakirə edirlər. Belə görünür ki, o şəxslər sevdiklərini itirmədən xəstəliyin ciddiliyini başa düşməyəcəklər. Şəxsən mən bir vətəndaş olaraq qoyulan tələblərə əməl etməyən vətəndaşlara qarşı görülən adekvat tədbirləri dəstəkləyirəm. Ümumi mənzərə onu deməyə əsas verir ki, böyük əksəriyyət dövlətin həyata keçirdiyi tədbirləri dəstəkləyir və onlara əməl edir.

Əziz Prezidentimiz, etiraf etməliyəm ki, Sizin dəyərinizi pandemiya dövründə daha yaxşı anladım. Allah ömrünüzü uzun etsin”.

Fəxrəddin Cəbrayılovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Ailəm üçün etdiklərinizə görə Sizə sonsuz ehtiramımı və minnətdarlığımı bildirirəm.

Həyatımın ən çətin anında - ağır xəstəlikdən əziyyət çəkən həyat yoldaşımla bağlı ümidlərimin tükəndiyi bir vaxtda Siz kömək əlinizi uzatdınız, müraciətimə həssaslıqla yanaşaraq lazımi göstəriş verdiniz. Heydər Əliyev Fondunun xətti ilə həyat yoldaşımın Türkiyədə müalicəsi üçün bütün işlər görüldü, ailəmizə böyük sevinc bəxş edildi.

Sizə dərin təşəkkürümü bildirirəm, cənab Prezident. Siz və ailəniz həmişə sağlam və xoşbəxt olasınız. Mən bu qayğınızı heç zaman unutmayacağam. Mən həmişə Sizin əsgəriniz olmuşam, bu gün də hər bir əmrinizin icrasına hazıram. Allah Sizi qorusun”.

Elgün Kərimovdan, Cəlilabad, Azərbaycan

“Hörmətli cənab Prezident.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanımız bu gün Sizin apardığınız uğurlu siyasət nəticəsində uğurla inkişaf edir.

Siz hər zaman Azərbaycan xalqının gələcəyini düşünür, həmin gələcəyin xoş və uğurlu olması üçün gecə-gündüz çalışır, hər zaman çıxışlarınızda xalqa olan diqqət və qayğınızı ifadə edirsiniz.

Dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizədə atdığınız addımlar xalqımız tərəfindən təqdir olunur. Hamı bilir ki, atılan addımlar xalqımızın sağlamlığının qorunması üçündür. Bütün bunlara görə Sizə minnətdarlığımızı bildirir, “Çox sağ olun!” deyirik”.

Zöhrab Mehdizadədən, Nijni Novqorod, Rusiya

“Hörmətli cənab Prezident.

Sizin məsuliyyətli vəzifənizdə gərgin iş qrafikinizi izlədikcə qürur hissi keçirir, fəaliyyətinizlə bağlı heyranlığımı bildirmək istəyirəm.

Bütün ömrümü Rusiyada yaşasam da, hər gün mətbuatda Azərbaycanla bağlı məlumatları izləyir, dövlətimizi və cəmiyyətimizi maraqlandıran məsələlərlə tanış oluram.

Sizin xarici siyasətinizi dəstəkləyirəm və Sizi bu sahədə kamil siyasi xadim kimi tanıyıram. Son vaxtlar ölkə daxilindəki həyata keçirilən islahatlar, qətiyyətli mövqeyiniz isə məni valeh edir. Gördüyünüz işlər Azərbaycanın inkişafına xidmət edir. Bütün bunlar əminlik yaradır ki, doğma Vətənim bütün çətinliklərin öhdəsindən gələcək, Azərbaycan gəncləri daim Sizdən nümunə götürəcək, ölkənin maraqlarını hər şeydən üstün tutacaqlar.

Mən də sosial şəbəkələrdə Azərbaycanla bağlı düzgün təsəvvürü olmayan insanlara obyektiv məlumat çatdırmaqla ölkəmə xidmət etməyə çalışıram.

Cənab Prezident, Tanrı Sizi və ailənizi qorusun. Sizə səmimi hisslərimi və ən xoş arzularımı çatdırıram”.

Mövzu ilə əlaqədar oxuyun:

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
688

Son xəbərlər

Bütün xəbərlər