Pandemiyadan sonra paralimpiyaçıların açıq havada ilk turniri - FOTO | 1news.az | Xəbərlər
İdman

Pandemiyadan sonra paralimpiyaçıların açıq havada ilk turniri - FOTO

19:23 - 05 / 09 / 2020
Pandemiyadan sonra paralimpiyaçıların açıq havada ilk turniri - FOTO

05 sentyabr 2020-ci il tarixində Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakı Olimpiya İdman Kompleksində paralimpiya və olimpiyaçı idmançıların iştirakı ilə kamandan oxatma idman növü üzrə Açıq “Birlik Kuboku” keçirilmişdir.

1news.az-ın verdiyi xəbərə görə, yarışda Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov, idman şöbəsinin müdiri və eyni zamanda “Tokio 2020” Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək milli komandanın şef-de-missionu Rauf Mürsəlov, Azərbaycan Kamandan Oxatma Federasiyasının nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tövsiyyəsi ilə yarış açıq hava şəraitində keçirilmişdir. Birlik kubokunda 20 idmançı iştirak etmişdir.

Qeyd edək ki, “Birlik Kuboku” COVID-19 koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş sərt karantin rejimindən sonra paralimpiyaçıların iştirakı ilə keçirilən ilk yarışdır. Yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərərgahın qərarlarına riayət edilməsi üçün yaradılmış xüsusi işçi qrupunun nəzarəti altında keçirilmişdir.

Yarışın nəticələrini sizlərə təqdim edirik:

Kişilər arasında 70 metrəyə atış (Recurve 70 m)

1-ci yer: Əhməd Hüseynov – olimpiyaçı

2-ci yer: Cahan Musayev – paralimpiyaçı

3-cü yer: Məmmədəli Əliyev – olimpiyaçı

Qadınlar arasında 70 metrəyə atış (Recurve 70 m)

1-ci yer: Svetlana Simonova – olimpiyaçı

2-ci yer: Yaylagül Ramazanova – olimpiyaçı

3-cü yer: Ozay Qasımova – olimpiyaçı

Kişilər arasında 50 metrəyə atış (Compound 50 m)

1-ci yer Vüsal Kazımov – paralimpiyaçı

2-ci yer Rüfət Orucov – olimpiyaçı

1news.az

Paylaş:
1204

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər