Rusiyanın koronavirus əleyhinə peyvəndi mülki dövriyyəyə buraxılıb | 1news.az | Xəbərlər
Dünya

Rusiyanın koronavirus əleyhinə peyvəndi mülki dövriyyəyə buraxılıb

17:10 - 08 / 09 / 2020
Rusiyanın koronavirus əleyhinə peyvəndi mülki dövriyyəyə buraxılıb

Rusiyanın N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış COVID-19 əleyhinə "Sputnik V" peyvəndinin ilk partiyası mülki dövriyyəyə buraxılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, dərmanın yaxın vaxtlarda bölgələrə çatdırılması gözlənilir.

Qurumdan bildirilib ki, peyvənd bütün lazımi laborator müayinələrdən keçib.

Testlər zamanı dərman tədqiqat iştirakçılarının 100%-də sabit humoral və hüceyrə toxunulmazlığı reaksiyası meydana gətirib və heç bir əks təsir yaratmayıb.

1news.az

Paylaş:
695

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər