Nurməhəmmədov Sen-Pyerlə döyüşmək üçün şərt qoydu | 1news.az | Xəbərlər
İdman

Nurməhəmmədov Sen-Pyerlə döyüşmək üçün şərt qoydu

11:30 - 09 / 09 / 2020
Nurməhəmmədov Sen-Pyerlə döyüşmək üçün şərt qoydu

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov keçmiş çempion Corc Sen-Pyerlə yalnız yüngül çəki dərəcəsində döyüşməyə hazır olduğunu açıqlayıb.

Bu barədə "İzvestiya" yazıb.

"Necə deyərlər, hinduların problemləri şerifi narahat etmir. Mənə onun neçə kilo olması və neçə yaşda olması vacib deyil. Döyüş ancaq bu çəkidə əhəmiyyətə malikdir. Əgər kəmər döyüşüdürsə, o zaman biz yüngül çəkidə döyüşməliyik. Çünki onun 77 kiloqramda kəməri yoxdur, o, burada keçmiş çempiondur. Əgər bizim döyüşümüz olsa, yüngül çəkidə olmalıdır, çünki mən burada hazırkı çempionam", - deyə H.Nurməhəmmədov bildirib.

1news.az

Paylaş:
682

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər