AFFA monteneqrolu qapıçının təxribatçı hərəkətinə reaksiya verdi | 1news.az | Xəbərlər
İdman

AFFA monteneqrolu qapıçının təxribatçı hərəkətinə reaksiya verdi

21:51 - 11 / 10 / 2020
AFFA monteneqrolu qapıçının təxribatçı hərəkətinə reaksiya verdi

"UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım etməsi barədə məlumatımız var".

1news.az-ın verdiyi xəbərə görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA Millətlər Liqasında qrup mərhələsinin Azərbaycanla ev oyunundan sonra monteneqrolu qapıçı Andriya Draqoyeviçin sosial şəbəkədə təxribatçı paylaşımı ilə bağlı affa.az-a açıqlamasında deyib.

E.Məmmədov bildirib ki, bu, üçüncü tərəf olan Milli Assosiasiyanın nümayəndəsinin hər hansı şəkildə aidiyyəti olmadığı məsələyə müdaxiləsi kimi qeyri-etik olmaqla yanaşı, eyni zamanda, separatçı rejimin təbliğatına cəhd olduğu üçün yolverilməzdir: "AFFA bu hərəkəti sərt şəkildə qınayır. Biz araşdırdıq, həmin futbolçu Azərbaycan millisi ilə oyunda Monteneqro komandasının heyətində olmasa da, bu, bizim məsələyə münasibətimizi dəyişmir. Doğrudur, həmin oyunda Monteneqro millisinin ehtiyat oyunçular siyahısında Draqoyeviç soyadlı futbolçu olub, lakin bu, digər oyunçudur - Miloş Draqoyeviç".

İcraçı vitse-prezident oktyabrın 12-də məsələ ilə əlaqədar AFFA-nın rəsmi qaydada UEFA-ya müraciət ünvanlayacağını əlavə edib: "Artıq UEFA-ya şifahi məlumat verilib".

S.Xankişiyeva

 

 

Paylaş:
849

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər